
Bakı.Trend:
Bu il mədəni sərvətlərin qorunması barədə qanunvericiliyin
tələblərinin pozulması ilə bağlı ötən il 50 qərar qəbul olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat
verilib.
Bildirilib ki, 2024-cü ildə isə mədəni sərvətlərin qorunması
barədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 77
inzibati tənbeh tətbiqi haqqında qərar qəbul olunub:
“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq ölkə
ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və
mövcud qanunvericilik çərçivəsində istifadəsi ilə bağlı
monitorinqlər aparılır. Abidələrin bədii-estetik görkəminə, tarixi
əhəmiyyətinə, xarici quruluşuna, konstruktiv dayanıqlığına xələl
gətirən və təyinatına uyğun olmayan istifadə halları aşkar
olunduqda müvafiq tədbirlər görülür”.
“Mülkiyyətçi və ya icarədarlar tərəfindən edilən qanunsuz
müdaxilələr daha çox kommunikasiya xətlərinin çəkilməsi, məişət
qurğularının vurulması, mühafizə zonalarının zəbt olunması, əlavə
tikililər və artırmalar kimi faktlar müəyyən edilir”, – məlumatda
bildirilir.

