Minsk qrupunun bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb

Baş səhifə

ATƏT-in Minsk qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.