Nemanya Matiç İtaliya klubunda

Baş səhifə

Bakı.Trend:

“Lion”dan ayrılan Nemanya Matiçin yeni klubu məlum olub.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək.
Matiç “Sassuolo” ilə anlaşıb.




A Seriyasına qayııdan kollektiv 37 yaşlı futbolçu ilə 2026-cı
ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Nemanya Matiç ötən mövsüm “Lion”un heyətində 39
rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.