Şahin Mustafayev: “Zəngəzur dəhlizi Orta Dəhlizin ötürücülük qabiliyyətini 15 milyon ton artıracaq”

Baş səhifə

Zəngəzur dəhlizinin açılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşturunun (Orta Dəhliz) ötürücülük qabiliyyətini ildə 15 milyon ton artıracaq.

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

“Dəhliz Azərbaycanın əsas ərazisini Türkiyə və Mərkəzi Asiya ilə bağlayan strateji körpüdür. Eyni zamanda, dəhliz Cənub-Şərqi Asiya və Fars körfəzini Şimali Avropa ölkələri ilə əlaqələndirən yeni arteriya rolunu oynayacaq”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir