Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər

Baş səhifə

Tailand və Kamboca üç regiondan birində sərhədyanı zonanın birgə minalardan təmizlənməsi barədə razılaşıblar.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Banqkokda brifinq zamanı Tailand Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nikondet Phalanqkun bildirib.

“İndiyə qədər Kamboca tərəfi ilə sərhədyanı zonanın minalardan təmizlənməsi barədə üç sərhəd regionundan yalnız birində razılaşmaq mümkün olub”, – o bildirib.