Naxçıvanda ümumi daxili məhsul istehsalı 927 milyon manatı ötüb – Fuad Nəcəfli

Baş səhifə

Bakı. Trend:

Son illərdə aparılan islahatların nəticəsi olaraq muxtar
respublikanın dövlət büdcəsindən asılılığı əhəmiyyətli dərəcədə
azalıb.

Trend xəbər verir k, bunu Naxçıvan Muxtar
Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli
nümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində Azərbaycan Prezidenti
İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışı
zamanı deyib.

“Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın dövlət
büdcəsindən Naxçıvana ayrılan dotasiya 2022-ci ildəki 425 milyon
manatdan 2025-ci ilin ilk 7 ayında 120 milyon manata qədər azalıb.
Bu fakt muxtar respublikada həyata keçirilən islahatların real
nəticə verdiyini göstərir”, – Fuad Nəcəfli vurğulayıb.

Onun sözlərinə görə, 2025-ci ilin yanvar–iyul aylarında iqtisadi
göstəricilər də müsbət dinamikanı əks etdirib:

ÜDM istehsalı 4,8% artaraq 927,3 milyon manat,

əhalinin hər nəfərinə düşən ÜDM 4,3% artaraq 1967,1 manat,

əsas kapitala yönələn investisiyalar 45,9% artaraq 118,4 milyon
manat,

sənaye məhsulu istehsalı 14% artaraq 297,5 milyon manat,

pərakəndə ticarət dövriyyəsi 3,7% artaraq 789,4 milyon
manat,

ödənişli xidmətlər 5,8% artaraq 120,2 milyon manat təşkil
edib.

Eyni dövrdə iqtisadi fəal əhalinin sayı 3,5% artaraq 273 min
nəfər, məşğul əhalinin sayı isə 0,8% artaraq 260 min nəfər olub.
Orta aylıq əməkhaqqı isə 6,3% artaraq 826 manata çatıb.




Cari ilin iyulun 1-nə muzdla çalışan işçilərin sayı 60 565
nəfər, o cümlədən dövlət sektorunda 37 305 nəfər, qeyri-dövlət
sektorunda isə 23 260 nəfər təşkil edib.

Büdcə xərclərinin 64%-i yerli yığımlar hesabına
maliyyələşdirilib ki, bu da əvvəlki proqnozdan (47,33%) xeyli
yüksəkdir. Vergi daxilolmalarında da artım qeydə alınıb:

fiziki şəxslərin gəlir vergisi 19% artaraq 32 milyon manat,

hüquqi şəxslərin mənfəət vergisi 8% artaraq 13 milyon manat,

ƏDV 34% artaraq 41 milyon manat,

aksiz vergisi 34% artaraq 44 milyon manat,

mədən vergisi 22% artaraq 991 min manat təşkil edib.

Sadələşdirilmiş vergidə isə daşınmaz əmlak satışının və bank
nağdlaşdırma əməliyyatlarının azalması səbəbindən cüzi eniş
müşahidə olunub.

Eyni zamanda, dövlət əmlakından icarə haqları da artıb: dövlət
torpaqlarının icarəsindən daxilolmalar 42% artaraq 217,3 min manat,
daşınmaz əmlakın icarəsindən isə 5,7 dəfə artaraq 334 min manat
olub.

2025-ci ilin ilk yeddi ayında iqtisadiyyata kredit qoyuluşu 33%
artaraq 252,5 milyon manat, əhalinin bank əmanətləri 57% artaraq
31,8 milyon manat, nağdsız ödənişlər isə 31% artaraq 592,3 milyon
manat təşkil edib. Bank hesablarının sayı 11%, ödəniş
terminallarının sayı isə 85% yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir