Xalq Bank Bakı Fond Birjasına üzv oldu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il
tarixli İXB-01 saylı Lisenziyasına əsasən ölkədə investisiya
xidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bank olan Xalq
Bank 26 avqust 2025-ci il tarixdə Bakı Fond Birjasına üzv oldu.

Bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlar
açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması
və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata
keçirmək imkanı qazandırır. Yeni xidmət, müştərilərə kompleks və
etibarlı maliyyə həlləri təklif etməklə yanaşı, eyni zamanda
ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir.




Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.