Hərbçilərimiz Türkiyədə keçirilən komando kursunda iştirak edirlər

Baş səhifə

Bakı.Trend:

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil
sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Əlahiddə
Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularından ibarət növbəti heyət
“Dağ komando kursu”nda iştirak etmək üçün qardaş ölkənin İsparta
şəhərinə yola düşüb.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.




Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək
kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə
müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların
imkanları öyrədiləcək.
Qeyd edək ki, keçirilən kursun əsas məqsədi komando bölmələrinin
döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq
səviyyəsinin daha da yüksəldilməsidir.