Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Baş səhifə

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Macarıstanın Azərbaycandakı səfiri Tomaş Torma ilə görüşüb.

Bu barədə “APA-Economics”ə AZCON-dan bildirilib.

Məlumata görə, görüşdə Macarıstanla Azərbaycan arasında nəqliyyat və kommunikasiya sahələrində qarşılıqlı əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda rəqəmsal transformasiya, süni intellekt, nəqliyyat və kosmosla bağlı əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir