Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbirləri təşkil edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə Bakının müxtəlif əyləncə məkanlarında
uşaqlar üçün şənliklər keçirilib.

Şənliklərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda
qəhrəmancasına həlak olmuş şəhidlərimizin övladları, eləcə də
valideyn himayəsindən məhrum, internat məktəblərində tərbiyə alan,
sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar
iştirak ediblər.

İstirahət məkanlarına xüsusi avtobuslarla gətirilən uşaqlar
onlar üçün təşkil edilən əyləncələrdən zövq alıb, müxtəlif
oyunlarda, ustad dərslərində iştirak edib, rəqslərə qoşulublar.

İsti yay günündə uşaqlar həm də hovuzda doyunca əyləniblər,
müxtəlif oyunlarda, o cümlədən köpük şouda iştirak ediblər. Günboyu
davam edən tədbirlər çərçivəsində uşaqlar üçün nahar süfrəsi də
təşkil olunub. Ad günləri bügünkü tarixə təsadüf edən uşaqlar isə
bu özəl günü həmyaşıdları ilə birlikdə şənlənərək qeyd ediblər.

Tədbirlərin yekununda gözəl istirahət günündən xatirə olaraq hər
bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.