
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Koreyanın İKT-nin
Təşviqi Assosiasiyasının sədr müavini və baş icraçı direktoru
Çhanqhi Li ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, görüşdə rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda
rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı istiqamətində
görülən işlər barədə məlumat verib.
Nazir müavini bildirib ki, 2025-ci ildə bu sahədə iki milli
strategiya – “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf
Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər
üçün süni intellekt Strategiyası” qəbul edilib.
Eyni zamanda, görüşdə iki ölkə arasında telekommunikasiya,
kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması,
təlimlərin təşkili ilə bağlı əməkdaşlıq məsələləri müzakirə
edilib.
Həmçinin Koreya texnologiya şirkətlərinin ölkəmizdə
nümayəndəliklərinin açılması, bilikəsaslı birgə müəssisələrin
yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.

