Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Baş səhifə

22-24 sentyabr tarixlərində Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” hesabında yazıb.

Diplomat, həmçinin Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla görüşüb, onunla qarşıdan gələn forumu, eləcə də iki ölkə arasında IT sahəsində əməkdaşlığı müzakirə edib.

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla məhsuldar görüş keçirildi. Biz Ukraynanın IT Assosiasiyasının (IT Ukraine Association) səfər planlarını, Ukrayna-Azərbaycan IT forumuna (22-24 sentyabr) hazırlığı, IT, eləcə də rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etdik”, – diplomat qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir