Azərbaycan və Uqanda arasında energetika sahəsində əməkdaşlığın inkişafı dəyərləndirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Uqanda arasında münasibətlərin energetika
sahəsində inkişafı imkanları müzakirə edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.

Məlumata görə, müzakirələr energetika nazirinin müavini Kamal
Abbasovun Azərbaycanda səfərdə olan Uqanda Respublikasının xarici
işlər üzrə dövlət naziri Con Mulimba ilə görüşü çərçivəsində baş
tutub.




Görüşdə iki ölkə arasında münasibətlərin digər sahələrlə yanaşı
energetika sahəsində də inkişafı imkanları müzakirə edilib,
ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində qarşılıqlı
dəstək və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

“Ölkəmizdə neft-qaz, elektrik enerjisi, bərpa olunan enerji,
enerji səmərəliliyi istiqamətlərində görülən işlər, həyata
keçirilən layihələr barədə məlumat verilib. Eyni zamanda, Uqandanın
neft-qaz sektoru, mədən sənayesi, hidroenerji potensialından bəhs
olunub və bu sahədə gələcək əməkdaşlıq perspektivləri nəzərdən
keçirilib”, – məlumatda bildirilib.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir