Bakının bu rayonunda qaz kəsiləcək

Baş səhifə

Bakı. Trend:

Bakının Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.




Bildirilib ki, Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə
sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə
27.08.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı
dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor
qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi
qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov,
Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı
müvəqqəti dayandırılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir