Dünyanın ən yaxşı qapıçılarının reytinq cədvəli açıqlandı

Baş səhifə

Bakı. Trend:

“Give Me Sport” portalı futbol tarixinin ən yaxşı qapıçılarının
reytinqini yeniləyib.

Trend xəbər
verir ki, siyahıya futbol tarixində “Qızıl top” mükafatını qazanmış
yeganə qapıçı Lev Yaşin liderlik edir.

İkinci yerdə əfsanəvi Canluici Buffon, üçüncü pillədə isə “Bavariya”nın lideri Manuel Noyer qərarlaşıblar.




İkiqat Avropa çempionu və dünya çempionatının qalibi İker
Kasilyas dördüncü, Oliver Kan isə beşinci yeri tutublar.

İlk onluqda, həmçinin Petr Çex, Peter Şmeyxel, Edvin van der
Sar, Alisson Bekker və Qordon Benks yer alıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir