Avropaya qanunsuz miqrasiyanın qarşısının alınması ortaq prioritetimizdir – Merts

Baş səhifə

Bakı. Trend:

Avropaya qanunsuz miqrasiyanın qarşısının alınması ortaq
prioritetimizdir.

Trend xəbər
verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə
olan Belçikanın Baş naziri Bart De Vever ilə mətbuata bəyanatında
bildirib.




Almaniyanın sığınacaq axtaranların sayının 40 faizdən çox
azaldılmasına nail olduğunu qeyd edən Kansler deyib:

“Bu, bizim üçün ümumi Avropa sığınacaq sistemi baxımından
önəmlidir. Çünki burada da ortaq xarici sərhədlərin qorunmasına
nail olmaq istəyirik”.