“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək

Baş səhifə

Bakı. Trend:

“Apple” şirkəti “iPhone 17” mobil telefonunun təqdimatına
hazırlaşır.

Trend-in
məlumatına görə, şirkət sentyabrın 9-da xüsusi tədbir keçirəcəyinin
anonsunu verib.




Kaliforniya ştatının Kupertino şəhərində keçiriləcək tədbirdə
şirkətə məxsus “iPhone 17” mobil telefonunun müxtəlif modellərinin
ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Şirkətin bu dəfə, həmçinin, daha incə “iPhone 17 Air” modelini
satışa çıxaracağı deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir