Kürdəmirdə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Baş səhifə

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

APA– nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili “Chevrolet” markalı digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.

Hələlik şəxsiyyəti müəyyən edilməyən bir nəfər də müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir