“Atalanta”nın futbolçusu “Beşiktaş”a keçib

Baş səhifə

Bakı. Trend:

“Atalanta” klubuna məxsus malili hücumçu El Bilal Ture
karyerasını Türkiyənin “Beşiktaş” komandasında davam etdirəcək.

Trend xəbər verir
ki, İstanbul təmsilçisi 23 yaşlı futbolçunu mövsümün sonuna qədər
satınalma hüququ ilə icarəyə götürüb.




Bu gün tibbi müayinədən keçən Ture ilə müqavilə imzalanıb. Qeyd
edək ki, o, ötən mövsümü icarə əsasında Almaniyanın “Ştutqart”
klubunda keçirib.

Malili forvard Bundesliqada meydana çıxdığı 17 oyunda 3 qol
vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.