
Bakı. Trend:
Finlandiya 2026-cı ilin yanvarından etibarən piyada əleyhinə
minaların istifadəsini bərpa etməyi planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə ölkənin quru qoşunlarına istinadən “Yle” telekanalı
məlumat yayıb.
Xatırladaq ki, Finlandiya 2025-ci il iyulun 10-da piyada
əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması
barədə BMT-yə rəsmi müraciət edib. Sazişin denonsasiyası isə gələn
ilin yanvarında qüvvəyə minəcək.
Müdafiə Nazirliyindən bildirilib ki, “quru qoşunları gələn ilin
yanvarında piyada əleyhinə minaları arsenala bərpa edəcək”.
Quru qoşunlarının mühəndisi Riku Mikkonenin sözlərinə görə,
2026-cı ilin yanvarından etibarən mövcud müdafiə sisteminə əlavə
olaraq minaların sürətli istifadəsi üçün tədbirlər
hazırlanacaq.

