
“Real Madrid”in futbolçusu Lukaz Vazkez klubdan ayrılıb.
Metbuat.az xəbər verir ki, futbolçu karyerasını Almaniyada davam etdirəcək. İnsayder Fabrizio Romanonun məlumatına görə, “Bayer Leverkuzen” futbolçu ilə razılığa gəlib. Tərəflər 2027-ci ilə qədər müqavilə imzalayıb. Məlumata görə, futbolçu Almaniya nəhənginə azad agent kimi transfer olub.
Qeyd edək ki, “Real Madrid”də yeni heyət quran Xabi Alonso Lukaz Vazkezə əsas heyətdə yer verməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.