“Yuventus” futbolçusunu Braziliya klubuna icarəyə göndərib

Baş səhifə

İtaliyanın “Yuventus” klubu futbolçusu Artur Melonu icarə əsasında Braziliyanın “Qremio” klubuna göndərib.

“Report” xəbər verir ki, bu barədə “qoca sinyora”nın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ötən mövsümün ikinci hissəsini də icarə əsasında oynayıb. İspaniyanın “Jirona” kollektivində çıxış edən Artur 15 matçda meydana çıxıb.

Qeyd edək ki, 2020-ci ildən “Yuventus”un şərəfini qoruyan Artur Melo ümumilikdə 63 matçda forma geyinib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir