Ukraynadakı münaqişənin xərcləri NATO müttəfiqlərinin üzərinə düşüb – Tramp

Baş səhifə

Bakı. Trend:

Ukraynadakı münaqişənin xərcləri tamamilə NATO müttəfiqlərinin
üzərinə düşüb.

Trend-in
məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp kabinet iclasında
deyib. Onun sözlərinə görə, ABŞ yalnız silah tədarükü ilə
məşğuldur.




“Biz artıq Ukraynanın maliyyələşdirilməsində deyil, münaqişənin
və ölümlərin dayandırılmasında iştirak edirik. NATO münaqişəni
maliyyələşdirir”, – deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Vaşinqton müttəfiqlərinə milyardlarla
dollara hərbi texnika, o cümlədən “Patriot” sistemləri satır.
Müdafiə sənayesi müəssisələri isə istehsal həcmini iki və üçqat
artırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir