
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda ölüm hökmünün
yenidən tətbiq olunmasını təklif edib.
Trend-in
məlumatına görə, dövlət başçısı kabinet iclasında bildirib ki,
paytaxtda qətl törədən şəxslərin cəzası edam olmalıdır.
“Ölkədə buna hazır olub-olmadığımızı bilmirəm, amma başqa
seçimimiz yoxdur. Kimsə kimisə öldürərsə, cəzası ölüm hökmüdür”, –
deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Vaşinqton ştatında ölüm hökmü 2018-ci ildən
etibarən tətbiq edilmir.