MİDA yeni yaşayış kompleksinin tikintisi ilə bağlı 36,3 milyon manatlıq işlərə başlayır

Baş səhifə

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonunun Saray
qəsəbəsində yeni yaşayış kompleksinin inşasına start verir.

Trend-in
məlumatına görə, 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12
mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış
binalarının, 14 və15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının
tikintisi işləri aparılacaq.




Hazırda MİDA sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.

Eyni zamanda MİDA görüləcək işlərin 36 311 571 manata başa
gələcəyini proqnozlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir