Spotify istifadəçilər üçün mesajlaşma xidməti yaradacaq

Baş səhifə

Bakı. Trend:

Spotify musiqi platforması istifadəçilər arasında mesaj
mübadiləsi xidməti (“Mesajlar”) təqdim etməyi planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə Spotify rəsmi məlumat yayıb.




Yeni xidmət istifadəçilərə musiqi və podkastları paylaşmaq
imkanı verəcək. Spotify rəhbərliyi ümid edir ki, bu xüsusiyyət
proqram vasitəsilə məzmun yaradıcılarını təşviq etməyə kömək
edəcək. Xidmət hər kəs üçün məcburi olmayacaq; istifadəçilər
mesajlaşmanı məhdudlaşdıra və ya parametrlərdə ondan tamamilə
imtina edə biləcəklər.

Spotify musiqi, audiokitab və podkastları cihazınıza yükləmədən
qanuni şəkildə dinləməyə imkan verən yayım platformasıdır.