
Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab
oyunlarına start verilib.
Trend xəbər verir
ki, ilk oyun günündə 3 matç keçirilib.
Qazaxıstanda baş tutan ilk qarşılaşmada “Kayrat” və “Seltik”
komandaları qalibi müəyyənləşdirə bilməyiblər. 210 dəqiqə ərzində
qapılara qol vurulmayıb və qalib penalti seriyasında müəyyənləşib.
Qazaxıstan çempionu tarixində ilk dəfə Çempionlar Liqasının final
mərhələsinə yüksəlib.
Eyni uğuru Kiprdən “Pafos” da əldə edib. İki oyunun nəticəsinə
görə “Srvena Zvezda”nı mübarizədən kənarlaşdıran komanda tarixi
nailiyyət qazanıb.
Norveç təmsilçisi “Budö Qlimt” isə “Şturm Qrats”dan güclü olub
və ilk dəfə Çempionlar Liqasının final mərhələsinə vəsiqə
qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 avqust
20:45. “Kayrat” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) – 0:0, ə.v.
0:0, pen. 3:2 (İlk oyun – 0:0)
23:00. “Pafos” (Kipr) – “Srvena Zvezda” (Serbiya) – 1:1 (İlk
oyun – 2:1)
23:00. “Şturm Qrats” (Avstriya) – “Budö Qlimt” (Norveç) – 2:1
(İlk oyun – 0:5)