
Bakı. Trend:
ABŞ Rusiya-Ukrayna müharibəsini, İranın nüvə danışıqlarını və
Qəzzada İsrail-Həmas müharibəsini ilin sonuna qədər həll etməyə
ümid edir.
Trend xəbər verir
ki, bu barədə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff kabinet iclasında
bildirib.
“Rusiya-Ukrayna, İran, İsrail-Həmas. Bu həftə bu münaqişələrin
hər üçü ilə bağlı görüşlər keçiririk və ümid edirik ki, onları ilin
sonuna qədər həll edəcəyik”, – deyə o vurğulayıb.
Uitkoff qeyd edib ki, görüşdə iştirak edən Prezident Donald
Tramp cəmi səkkiz ay ərzində yeddidən çox münaqişənin həllinə nail
olub.

