İspaniyada avqust yanğınları son illərin ən böyük ekoloji fəlakəti hesab edilib

Baş səhifə

Bakı. Trend:

İspaniya hökuməti avqust ayında ölkəni bürümüş meşə yanğınlarını
son illərin ən böyük ekoloji fəlakətlərindən biri kimi
qiymətləndirib.

Trend-in xarici
KİV-ə istinadən verdiyi məlumata görə, bunu daxili işlər naziri
Fernando Qrande-Marlaska Nazirlər Kabinetinin həftəlik iclasının
yekunlarına dair mətbuat konfransında bildirib.




Onun sözlərinə görə, bu ay baş verən yanğınlar 350 min hektardan
çox meşə sahəsini məhv edib, 4 nəfərin həyatına son qoyub və
minlərlə sakini müvəqqəti olaraq evlərini tərk etməyə məcbur
edib.

“Aydındır ki, biz son illər ən böyük ekoloji fəlakətlərdən biri
ilə üzləşmişik”, – deyə nazir vurğulayıb.