
Bakı. Trend:
Madridin “Real” klubu Fransa yığmasının və “Bavariya”nın
müdafiəçisi Dayo Upamekanonu heyətinə qatmaq niyyətindədir.
Trend xəbər verir
ki, İspaniya nəhəngi futbolçu ilə Münhen klubu arasında yeni
müqavilə üzrə razılığın əldə olunmamasından istifadə etməyi
planlaşdırır.
Məlumata görə, Upamekanonun “Bavariya” ilə müqaviləsi gələn ilin
yayında başa çatır və tərəflər arasında altı aydır davam edən
danışıqlar nəticəsiz qalıb. 26 yaşlı müdafiəçi hazırda ildə 16
milyon avro qazanır və əməkhaqqısının artırılmasını tələb edir.
Qeyd edək ki, fransalı futbolçu 2021-ci ildən “Bavariya”da çıxış
edir və ötən mövsümdə 20 oyunda 2 qol vurub.