Gəncədə minik maşını motosikletlə toqquşub, xəsarət alanlar var

Baş səhifə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili motosikletə çırpılıb.

Qəza zamanı motosikletdə olan 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildilir.

Qeyd edək ki, motosikletin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə məxsus olduğu bildirilir.

Məlumata görə hadisə zamanı xəsarət alanlar süpürgəçilər olublar. Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir