
Bakı. Trend:
Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall”
Bolqarıstanda yeni sursat zavodu inşa etməyi planlaşdırır.
Trend “Spiegel”ə
istinadla xəbər verir ki, şirkət müqavilələr imzalandıqdan sonra
əlavə məlumat açıqlayacaq. Bolqarıstanın hakim GERB partiyasının
sədri Boyko Borisov isə feysbuk paylaşımında “Rheinmetall”ın baş
icraçı direktoru Armin Papperger ilə görüşdüyünü və planları
müzakirə etdiyini bildirib.
Yeni müəssisədə NATO standartlarına uyğun 155 millimetrlik
mərmilər istehsal olunacaq. Layihənin dəyəri 1 milyard avro
qiymətləndirilir.
“Rheinmetall” Rusiya-Ukrayna müharibəsi fonunda istehsalı
genişləndirib. Şirkət Aşağı Saksoniyadakı Unterlüss şəhərində də
yeni sursat zavodu açır. Burada yaxın vaxtlarda 155 millimetrlik
mərmilərin seriyalı istehsalına başlanacaq: bu il 25 min, 2027-ci
ildə isə 350 min mərmi istehsalı planlaşdırılır. Digər zavodlarla
birlikdə “Rheinmetall”ın illik istehsalı 2027-ci ildə 1,5 milyon
mərmiyə çatdırmağı hədəfləyir.
Konsern hazırda Ukraynanın əsas sursat təchizatçılarından
biridir.

