
Bakı. Trend:
İspan müdafiəçi Lukas Vaskes karyerasını Almaniyada davam
etdirəcək.
Trend Leverkuzen
klubunun rəsmi saytına istinadla xəbər verir ki, 34 yaşlı futbolçu
azad agent kimi “Bayer”ə keçib. Onun “Real Madrid”lə müqaviləsi
ötən mövsümün sonunda başa çatmışdı. Yeni anlaşma 2027-ci il iyunun
30-dək nəzərdə tutulub.
Vaskes “Real Madrid”in əsas komandasında ilk oyununu 2015-ci
ilin sentyabrında keçirib. Sonrakı on mövsümdə o, komandanın
heyətində 402 oyuna çıxıb. Bu müddətdə müdafiəçi 23 kubok qazanıb
və beş dəfə Çempionlar Liqasının qalibi olub.