
Avropa İttifaqı (Aİ) ölkələri 800 milyard avronu aclıqdan əziyyət çəkən ölkələrə göndərmək əvəzinə vəsaiti yenidən silahlanmaya təsdiqləyib.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva deyib.
“Avropa İttifaqı icmanın bütün ölkələrinin yenidən silahlanması üçün 800 milyard avronu təsdiqləyib, halbuki bizim (inkişaf etməkdə olan ölkələrin – red.) aclığa son qoymaq və ya meşələri xilas etmək üçün bu pula ehtiyacımız olacaq”, – dövlət başçısı qeyd edib.
Prezident həmçinin BMT-nin dünyada münaqişələrin qarşısını almaqda aciz olduğunu bir daha vurğulayıb və qurumların islahatlarına çağırıb. O, xüsusən Qəzza zolağında baş verənləri təşkilatın böhranının sübutu kimi qeyd edib.
“Biz çoxdandır, BMT-nin strukturunda dəyişikliklərə ehtiyac olduğunu bəyan edirik ki, bu cür soyqırımı dayandırmağa, müharibələri dayandırmağa və qarşısını almağa kömək edən biri olsun. Buna görə də biz dünya idarəçiliyinin yenidən nəzərdən keçirilməsi üçün mübarizəni davam etdirəcəyik”, – Braziliya administrasiyasının rəhbəri bildirib.