
Bakı. Trend:
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab
oyunlarına start veriləcək.
Trend xəbər verir
ki, ilk oyun günündə yalnız bir qarşılaşma keçiriləcək. “Riqa”
doğma meydanda “Sparta Praqa” ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Xatırladaq ki, komandalar arasında baş tutan ilk görüşdə “Sparta
Praqa” 2:0 hesabı ilə qalib gəlib.
20:45. “Riqa” – “Sparta Spraqa”