
Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab
oyunları başlayır.
Trend xəbər verir
ki, ilk oyun günündə yalnız bir qarşılaşma keçiriləcək. “AEK
Larnaka” doğma meydanda “Brann” ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda Norveç
təmsilçisi “Brann” 2:1 hesabı ilə qalib gəlmişdi.
20:30. “AEK Larnaka” – “Brann” (ilk oyun – 1:2).

