Rusiyada 6,2 maqnitudada zəlzələ olub

Baş səhifə

Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

“Seysmik hadisənin maqnitudası 6,2-dir. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 276 km məsafədə yerləşib”, – məlumatda bildirilir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir