
Ötən gecə UEFA Çempionlar Liqasında pley-offun cavab oyunları keçirlib.
Modern.az xəbər verir ki, Qazaxıstanda “Kayrat” “Seltik”i qəbul edib. “Kayrat” tarixində ilk dəfə ÇL-in Liqa mərhələsinə vəsiqə qazanıb. Həmçinin “Pafos” və “Budo-Qlimt” də Liqa mərhələsində mübarizə aparacaqlar.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
26 avqust
“Kayrat” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) – 0:0, Penaltilər seriyası – 3:2
İlk oyun – 0:0
“Pafos” (Kipr) – “Srvena Zvezda” (Serbiya) – 1:1
İlk oyun – 2:1
“Şturm” (Avstriya) – “Budo/Qlimt” (Norveç) – 2:1
İlk oyun – 0:5