
Bakı. Trend:
Rusiyanın Kamçatka yarımadasında 6,2 maqnitudada zəlzələ qeydə
alınıb.
Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin
Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən
276 kilometr məsafədə yerləşib.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat
verilməyib.

