Vyetnamda qasırğa 7 nəfərin ölümünə səbəb olub, paytaxtın bir hissəsi su altında qalıb

Baş səhifə

Vyetnamda “Kaciki” qasırğası 7 nəfərin nəfərin ölümünə səbəb olub.

Bu barədə “Report” ölkə hökumətinin saytında dərc edilmiş ilkin məlumatlara istinadən xəbər verir.

Bildirilib ki, qasırğanın səbəb olduğu güclü yağışlar 12 mindən çox evi dağıdıb və ya zədələyib, ölkənin paytaxtı Hanoyun böyük bir hissəsini su basıb.

Bundan əlavə, daşqın nəticəsində 81,5 min hektardan çox düyü plantasiyası və 4,5 min hektar digər kənd təsərrüfatı bitkiləri məhv olub, 1,6 milyon insan elektriksiz qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir