Seysmoloji Xidmətdən Azərbaycanda seysmik aktivliklə bağlı açıqlama

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, gecə saatlarında Rusiyada 5,7
maqnitudalı zəlzələ qeydə alınıb.

Bu zəlzələ yerli vaxtla saat 00:33-də baş verib və Quba,
Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində 4-3 bal gücündə
hiss olunub.

Mövzuyla bağlı Trend-in sualını cavablandıran Respublika
Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri
Vüsalə Rafiqqızı bildirib ki, Rusiyada baş verən dərin zəlzələ
sayılır.

O bildirib ki, bu səbəbdən də ölkəmizdə hiss edilib.




“Zəlzələ olan bölgələrimizdə monitorinq aparılır. Bunun
nəticələri tədqiq olunur. Gecə ölkəmizdə hiss edilən zəlzələdən
indiki saata qədər güclü afteşoklar qeydə alınmayıb.Lakin hazırda
ölkəmizdə seysmoloji vəziyyət stabildir.”

V. Rafiqqızı qeyd edib ki, zəlzələnin dəqiq proqnozu olmadığına
görə heç kim zəlzələ olacaq yaxud olmayacaq kimi proqnoz verə
bilməz.

“Xırda hiss olunmayan zəlzələlər hər gün qeydə alınır və belə
zəlzələlərin heç bir təsiri yoxdur. Maqnitudası 3 və 3-dən yuxarı
zəlzələlər haqqında məlumatlar isə mərkəzin rəsmi saytında və
sosial şəbəkələrdəki rəsmi səhifələrindən ictimaiyyətə açıqlanır”,-
deyə o əlavə edib.