“Qarabağ” “Ferentsvaroş”la qarşılaşacaq

Baş səhifə

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu Macarıstanın “Ferensvaroş” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç saat 20:45-də başlayacaq. Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edəcək.

Komandalar arasında avqustun 19-da Budapeştdə keçirilmiş ilk matçda “Qarabağ” qələbə qazanıb – 3:1. Cütün qalibi Çempionlar Liqasının, məğlubu isə Avropa Liqasının Liqa mərhələsinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, “Qarabağ” 2017/2018-ci illər mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir