
Bakı. Trend:
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinin
cavab görüşünə çıxacaq.
Trend xəbər
verir ki, Ağdam təmsilçisi “Ferentsvaroş”u qəbul edəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə rəqibinə
3:1 qalib gəlib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
20:45 “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan)
Baş hakim: Kleman Turpin
İlk oyun 3:1