
Gələn ildən Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyi fəaliyyətə başlayacaq.
“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev “Çin bazarına hazırlıq” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Çin Azərbaycan üçün əsas prioritet bazarlardan biridir: “Çində Azərbaycanın turizm imkanlarının tanıdılması istiqamətində silsilə tədbirlər həyata keçirilir, ölkəmiz beynəlxalq sərgilərdə iştirak edilir, böyük şəhərlərdə təqdimatlar keçirilir”.
O əlavə edib ki, Azərbaycan və Çin arasında turizm əməkdaşlığı yeni mərhələyə qədəm qoyub: “Prezident İlham Əliyevin aprel ayında Çinə dövlət səfəri zamanı imzalanan vizadan azadolma sazişi turist axınının daha da artmasına şərait yaradacaq”.