Prezident İlham Əliyev: Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür

Baş səhifə

Bakı. Trend:

Sizə yenə də İkinci Qarabağ müharibəsindən bir misal çəkə
bilərəm.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Müharibənin sonuncu günündə – noyabr ayının 9-da Azərbaycan öz
sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o,
orada olmalı deyildi.

Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən
Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan
uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki,
Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu
vurdular. Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və
üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və
Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq
və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular. Lakin
Rusiya tərəfindən belə addımların atıldığını görmədik. Beləliklə,
noyabrın 9-da baş verən bu faciəli hadisə və davranışımız bizi
Azərbaycana qarşı eyni münasibətin sərgilənməsinə hazır etdi, çünki
iki ölkə bir-birini dost adlandırır. Lakin bu, çox təəccüblü idi.
Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu,
əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir,
lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı
məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec
və ya tez istintaq başa çatacaq. Lakin sonra Rusiyada
azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə
yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi
məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta
onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə,
onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə
münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan
mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı
misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə
məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi
şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz
əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”, –
deyə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir