Arda Güler sosial medianı silkələdi

Baş səhifə

“Real Madrid”də çıxış edən türk futbolçu Arda Gülerin uğurlu çıxışı İspaniya mediasında müzakirə edilib.

Metbuat.az xəbər verir ki, “Real Madrid”in səfərdə “Real Ovyedo”nu 3-0məğlub etdiyi oyunda da Arda uğurlu oyun nümayiş etdirib. Arda Mbappeyə ilk qolun ötürməsini edib. Arda Gülerin parlaq ötürməsindən sonra fransız ulduz fərlənib. Yerli mediada dərc edilən xəbərə görə, Xabi Alonsonun gəlişindən sonra Arda Güler və Kilian Mbappe meydanda daha yaxşı anlaşır. Yerli media iki futbolçunun oyununu təhlil edərək, Mbappenin Arda ilə oynamaqdan xoşbəxt olduğunu yazıb. Komandanın oyun quruculuğunda aktiv rol oynayan Arda Güler haqqında “Real Madrid”in sosial mediada hesabında da paylaşım edilib.

Klubun X hesabında Ardanın şəkli paylaşılıb və futbolçunun intellektini önə çıxaran emoji yer alıb. Paylaşım azarkeşlər tərəfindən maraqlı reaksiyalar alıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir