ABŞ Hindistana qarşı tarifləri ikiqat artırıb

Baş səhifə

ABŞ bəzi Hindistan mallarına tətbiq olunan tarifləri 25%-dən 50%-ə qaldırıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu qərarın səbəbi Hindistanın Rusiya neftini almaqda davam etməsidir.

Qeyd olunur ki, yalnız bəzi sahələr — xüsusilə elektronika ixracı və dərman sənayesi — istisna edilib. Bu, “Apple”ın Hindistandakı zavodlarına yatırdığı iri sərmayələri müvəqqəti olaraq qorumağa imkan verir.

Tariflərin qaldırılmasından ən böyük zərbə isə tekstil və zinət əşyaları sahələrinə dəyəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir