
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev
“Əl-Ərəbiyyə” kanalına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan daim bu qurumu
gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura,
ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya
edib. O, böyük potensiala malikdir”.

