Əfqanıstanda avtobus aşıb, 25 nəfər ölüb, 27 nəfər xəsarət alıb

Baş səhifə

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusu aşıb.

APA Talibanın daxili işlər nazirlinin sözçüsü Əbdül Mətin Qaniyə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Nazirlik sözçüsünün bildirdiyinə görə, qəzaya səbəb sürücü ehtiyatsızlığı olub.

Xatırladaq ki, Əfqanıstanda bir neçə gün əvvəl də avtobus qəzası baş vermiş və nəticədə 79 nəfərin ölümünə səbəb olmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir