Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq

Baş səhifə

Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq.

Bu barədə “Report”a Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə). Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq. Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq. Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.

Federasiya kamandan oxatma idman növünün daha geniş auditoriyaya tanıdılması və bu sahədə maarifləndirmə səviyyəsinin artırılması məqsədilə bütün idmansevərləri yarışları izləməyə dəvət edir. Giriş sərbəstdir. Tədbirin proqramı və digər yeniliklər barədə ətraflı məlumatı federasiyanın rəsmi sosial şəbəkə hesablarından (@archery.aze) izləmək mümkündür.

Qeyd edək ki, turnir 28–30 avqust tarixlərində keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir